Azərbaycan UEFA-nın əmsallar cədvəlində Bolqarıstan və Sloveniyanı arxada qoyaraq 26-cı pilləyə yüksəlib.
Qol.Az-ın məlumatına görə, Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəyə növbəti xalları qazandırıblar.
Belə ki, "Qarabağ" səfərdə İsveçrənin "Yanq Boyz" klubu üzərində qələbə qazanmaqla 1, "Qəbələ" isə evdə Yunanıstanın "Panatinaikos" kollektivi ilə heç-heçə etməklə 0,5 xal qazanmağa nail olub. Ümumilikdə qazanılan 1,5 xal ölkənin reytinq cədvəlində 26-cı pilləyə yüksəlməsi ilə nəticələnib.
Hazırda Azərbaycanın hesabında 13.250 reytinq xalı var və o ən yaxın izləyicisindən 0,125 xal öndədir. Lakin qeyd edək ki, hazırda Bolqarıstan və Sloveniyanın bütün klubları Avropa kuboklarında mübarizəni dayandırıb. Əvəzində isə 29 və 30-cu pillələrdə qərarlaşan Serbiya və Slovakiyanın müvafiq olaraq 2 və 1 təmsilçisi avrokuboklarda çıxışını davam etdirdiyindən, onların xal qazanması və ya mərhələ adlaması Azərbaycan üçün təhlükəli ola bilər.
Reytinq cədvəlində Azərbaycanın növbəti hədəfə aldığı ölkə isə Norveçdir (16.250). Hazırda ölkəmizi bu rəqibdən 3 reytinq xalı ayırır və üstəlik bu ölkənin 3 təmsilçisi hələ ki, avrokuboklarda mübarizəni davam etdirir.
Qeyd: Klublar təsnifat mərhələlərində qələbəyə görə 1 xal, heç-heçəyə görə isə - 0,5 xal, eyni zamanda qrup mərhələlərində 1 qələbəyə görə 2 xal, heç-heçəyə görə isə 1 xal qazanırlar.
Mövsüm ərzində toplanan xallar ölkəni təmsil edən klubların ümumi sayına bölünür (Azərbaycan klublarının sayına) və yekun rəqəm ölkənin hesabına əlavə edilir (report.az).
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video