"Panatinaikos"un baş məşqçisi: "Bizi ancaq qələbə qane edəcək"

"Panatinaikos"un baş məşqçisi: "Bizi ancaq qələbə  qane edəcək"
ÖLKƏ FUTBOLU 19 Avqust 2015 / 19:23 3759
-  A +

“Hər bir komandanın keçdiyi yolda çətinlik olur. İstənilən oyuna hazırıq. Heç bir komanda eyni xətt üzrə getmir. “Qəbələ” ilə oyunun bizim üçün xüsusi önəmi var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Panatinaikos”un baş məşqçisi  Yannis Anastasiou Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaqları ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

- Komandanızda  bəzi zədəli futbolçular var. Sabahkı oyunda bunun çətinliyini yaşaya bilərsiniz?

- Elə də çətinliyimiz yoxdur. Öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. Bu heyətimiz də mübarizə aparmaq əzmindədir.

- Çatışmayan futbolçuların yoxluğu rəqibin oyununa nə kimi təsir edəcək?

- İstənilən halda biz öz gücümüzü göstərəcəyik. Rəqibə yox, öz oyunumuza fikir verməliyik.

- Sizi hansı nəticə qane edəcək?

- Ancaq qələbə.

- Üzünüzdə təbəssüm var. Bu, arxayınlıq əlamətidir, yoxsa necə?

- Nə dərəcədə rahat göründüyümü bilmirəm. Ancaq Avropa Liqasında asan oyun olmur. Komandama inamıma gəldikdə isə bəli, futbolçularıma güvənirəm.

- “Qəbələ” haqda məlumatlısınız?

- Azərbaycan futbolu haqda elə də məlumatlı deyildik. Ancaq “Qəbələ”nin son oyunları, xüsusilə də “Apollon”la görüşündən sonra rəqibə bələd olduq. Artıq “Qəbələ” bizim üçün tanınmış rəqibdir.

Daha çox


Son xəbərlər