“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Sabah Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda adlı-sanlı “Panatinaikos”la qarşılaşacqsınız. Komandanız bu görüşə nə dərəcdə hazırdır, kollektivdə ab-hava necədir?
- Məncə, tam hazırıq. Komanda stressdən uzaqdır. Sabah meydana sırf qələbə üçün çıxacağıq. Bunun üçün hər bir futbolçumuzun maksimum güc sərf edəcəyinə inanıram. Rəqibimiz doğrudan da güclüdür. Əvvəl qarşılaşdığımız hər üç komandadan daha üstündür. “Panatinaikos” 18 dəfə Yunanıstan çempionu olub. Bu, çox şeydən xəbər verir. Ancaq rəqibin adı bizi qorxutmur.
- Yəqin ki, “Apolllon”la qarşılaşmadakı məlum qalmaqaldan sonra yenidən yunan klubu ilə düşməyiniz arzuolunmaz oldu.
- Bizim üçün fərqi yoxdur. Onsuz da rəqiblərin hər biri güclü idi. Düzdür, məlum qalmaqalda sonra ajiotaj böyük ola bilər. Amma inanmıram ki, yenidən qalmaqal baş versin. Çünki “Panatinaikos” adlı-sanlı, elit klubdur. Yəni “Apollon” kimi qələbə üçün nəyə gəldi əl atan deyil. Düşünürəm ki, maraqlı oyunlar olacaq.
- “Panatinaikos”u keçmək üçün "Apollon"una qarşı sərgilədiyiniz oyunlar yetərli deyil. Razısan?
- Əlbəttə, bu komandaları tərəzinin eyni gözünə qoymaq olmaz. “Panatinaikos”un gücü göz qabağındadır. Meydanda bacardığımızın ən yaxşısını etməliyik. Doğrudan da bizim üçün çox vacib oyundur.
- Rəqibin adlı-sanlı olması üzərinizdə təzyiqi azaldacaq? Ümumiyyətlə, “Qəbələ” “pley-off”da dayansa, bunu sizin üçün uğurlu nəticə hesab etmək olar, yoxsa hədəf daha böyükdür?
- “Pley-off”a qədər gəlmək də yaxşı nəticədir. Amma bu o demək deyil ki, silahları yerə qoymalıyıq. Nə məşqçimizin, nə də bizim təslim olmaq fikrimiz var. Qarşımıza məqsəd qoymuşuq ki, “Panatinaikos”u da keçib qrup mərhələsinə yüksələk. Futboldur, mərhələni adlaya bilərik. Bizim fikrimiz birdir – mərhələ adlamaq.
- Cavid Hüseynov olayı ilə bağlı nə düşünürsən?
- Əvvəlcə mərhum jurnalistimizə Allahdan rəhmət diləyirəm. Heç kim belə olmağını istəməzdi. Cavidi futbolda 15 ilə yaxındır ki, tanıyıram. Onun belə bir iş görməyinə inanmıram. Fikir verin, Cavidi jurnalistin döyülməyində ittiham etmirlər. Sadəcə, nəyisə gizlətməyində onu günahlandırırlar. Hazırda istintaq gedir. Yəqin ki, ədalətli qərar qəbul olunar. Məncə, Cavidin günahsız olduğu sübut olunacaq və o, yenidən Azərbaycan futboluna töhvəsini verəcək. Bir daha qeyd edirəm ki, Cavidin hansısa pis əməl törətdiyinə inanmıram.
- Komandanın kapitanı, aparıcı üzvü olan Cavid Hüseynov sabah meydanda olmayacaq. Bu, nə dərəcədə işinizi çətinləşdirəcək?
- Doğrudan da Cavidin yoxluğu böyük itkidir. O, hücumda çox işlər görürdü. Hər oyunda liderlik bacarığını göstərirdi. Biz də çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək.
- Sabah komandanız psixoloji baxımdan da çətinlik çəkə bilər?
- Ola bilər. Ancaq çalışacağıq ki, üzərimizdən təzyiqi ataq. Həyatda hər bir insanın başına belə bir iş gələ bilər. Onsuz da Cavid sarı vərəqə limitinə görə, “pley-off”un ilk oyununu buraxmalı idi. Yəni biz buna hazır idik. Məşqçimiz bizi oyuna yaxşı kökləyib.
Ramiq AĞAMƏMMƏDOV
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video