"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana müsahibə verib.
- Çətin də olsa, çempionatdakı ilk qələbənizi "Rəvan" üzərində qazandınız. Oyunla bağlı nə deyə bilərsən?
- Doğrudan da çox çətin matç oldu. Şadam ki, bu mövsüm Premyer Liqada ilk qələbəmizi qazandıq. "Rəvan" da xal qazanmağa çalışırdı. İlk dəqiqələrdən rəqib çox yaxşı oynadı. Amma 15-20 dəqiqədən sonra üstünlüyü ələ aldıq və daha yaxşı oynamağa başladıq.
- Aparıcı oyunçulardan Reynaldo və Riçard Almeydanın olmaması oyununuza necə təsir etdi?
- Bütövlükdə, yaxşı oynadıq. Biz oyuna yaxşı hazırlaşmışdıq. Mövsümə uğurlu başlamaq əsas istəklərimizdən idi. Aparıcı oyunçuların meydana çıxmaması isə baş məşqçinin qərarı idi. Fikrimcə, bu, düzgün qərar idi. Çünki qarşıda bizi vacib oyunlar gözləyir. Belə olan halda aparıcı oyunçular həmin oyunlar öncəsi yaxşı istirahət hüququ qazandılar.
- Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə səfər oyunundan nə gözləyirsən?
- Artıq çempionat oyunları geridə qaldı və bütün diqqətimizi "Yanq Boyz"la oyunlara yönəltmişik. Rəqibin oyununu analiz edəcəyik. Məşqçilər korpusu da bizə lazım olan bütün informasiyaları təqdim edəcəklər.
- "Yanq Boyz" barədə nə bilirsən?
- Əlbəttə. İnternetdən oyunlarına baxmışam. Amma baş məşqçi bizə daha geniş məlumat çatdıracaq.
- "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilər?
- Buna çalışacağıq. "Yanq Boyz"la oyunlar bizim üçün çox vacibdir.
- İlk oyunun səfərdə keçirilməsini sizin üçün üstünlük saymaq olar?
- Xeyr, mən belə məqamlara diqqət yetirmirəm. Bunda hansısa üstünlük olduğunu düşünmürəm. İstənilən halda biz bu rəqiblə iki oyun keçirəcəyik. Bu görüşlərə maksimum dərəcədə ciddi hazırlaşmalıyıq. Hər iki oyunda uğur qazanmağa çalışacağıq.
Mənbə: Azerisport.az
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video