Səlahət Ağayev: "İnter" qələbəyə layiq idi"

Səlahət Ağayev: "İnter" qələbəyə layiq idi"
ÖLKƏ FUTBOLU 18 Avqust 2015 / 00:22 2771
-  A +

"Xəzər Lənkəran"la oyundan sonra komandamızda bir qədər özünəinam hissi azalmışdı. Bu matçda isə əlimizdən gələni etdik ki, qələbə qazanaq. Sevindirici haldır ki, istəyimizə nail olduq. Bütün komanda yoldaşlarımı təbrik edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in qapıçısı Səlahət Ağayev Premyer Liqanın 2-ci turunda "Neftçi"yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli qolkiper komandasının bu görüşdə qələbəyə layiq oynadığını bildirib: "Düşünürəm nəticə oyuna görə oldu. “İnter” qələbəyə layiq idi. Qol epizodlarımız çox olsa da, yalnız birindən yararlana bildik. Xüsusi ilə də Rauf Əliyevin qol vurmaq üçün çox yaxşı fürsəti oldu. Amma həmin epizodlarda “Neftçi”nin qapıçısı Aqil Məmmədov yaxşı oynadı. Əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq".

Komandanın son durumu haqda danışan S.Ağayev bunları deyib: "Hazırda “İnter”də vəziyyət normaldır. Rəhbərliklə görüşümüz olmasa da, komandanın durumunun daha da yaxşı olacağı söylənilir. Beynəlxalq Bank yenə də komandamıza dəstək olur. Biz də gözləyirik ki, vəziyyət düzəlsin. Milli komandaya gəlincə, qarşıdakı toplanışına dəvət almağım baş məşqşi Robert Prosineçkidən asılıdır. Əgər dəvət göndərsə, əlimdən gələni əsirgəmərəm".

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır