"Qəbələ" və Qriqorçuk Ukrayna telekanalında (VİDEO)

"Qəbələ" və Qriqorçuk Ukrayna telekanalında (VİDEO)
ÖLKƏ FUTBOLU 17 Avqust 2015 / 14:52 6550
-  A +

Ukraynanın "2+2" telekanalı "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçukla bağlı reportaj hazırlayıb.

Qol.Az-ın xəbərinə görə, reportajda ukraynalı mütəxəssisin Azərbaycana gəlişi, onun "Qəbələ" klubu ilə həm ölkə çempionatı, həm də Avropa Liqasında uğur qazanması barədə ətraflı məlumat verilib.

Ukrayna telekanalı təcrübəli mütəxəssisin həyat yoldaşı Alina Qriqorçukun, eləcə də klubun prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfovun da fikirlərini öyrənib. 

Reportajda həmçinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, azərbaycanlı jurnalistlər - Şəmsəddin Abbasov və Rüstəm Əfsərli də Qriqorçuk haqda danışıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner