Qurban Qurbanov: “Yanq Boyz” təhlükəli komandadır”

Qurban Qurbanov: “Yanq Boyz” təhlükəli komandadır”
ÖLKƏ FUTBOLU 16 Avqust 2015 / 12:57 7102
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan “Yanq Boyz”la bağlı fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, “Rəvan”a qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis İsveçrə klubunu təhlükəli rəqib adlandırıb:

“Yanq Boyz” fərqli komandadır. Sürətli hücumçuları var. Hücumların qarşısını almaqdan çətinlik çəkəcəyik”.

O, III təsnifat mərhələsindəki rəqibləri "Seltik"lə "Yanq Boyz"u belə müqayisə edib:

“Yanq Boyz” hücumda  “Seltik”dən daha təhlükəli ola bilər. Amma “Seltik” də zəif rəqib deyildi. Hətta kollektiv oyun baxımından Şotlandiya klubunu daha yüksək qiymətləndirmək olar. “Yanq Boyz” isə hücumun bütün cinahlarında təhlükəlidir”.

Daha çox


Son xəbərlər