Elvin Yuniszadə: "Belə oyunlar mənim üçün bir sınaqdır"

Elvin Yuniszadə: "Belə oyunlar mənim üçün bir sınaqdır"
ÖLKƏ FUTBOLU 16 Avqust 2015 / 01:15 5736
-  A +

"Vacib olan üç xal idi ki, onu da qazandıq. Sevinirik ki, süni meydançanın çətinliklərinə və havanın isti olmasına baxmayaraq qalib gəlməyi bacardıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Yuniszadə Azərbaycan Premyer Liqasının 2-ci turunda "Rəvan"a qalib gəldikləri görüşdən sonra deyib. 

Təcrübəli müdafiəçi yeni komandasına uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib: "Ola bilər ki, matç bizim üçün çətin alındı. Çünki çox futbolçular ilk dəfə idi ki, bir yerdə oynayırdı. Belə matçlar mənim üçün də bir sınaqdır.

İnanıram ki, Qurban Qurbanov da mənə şans verəcək. Sadəcə bir qədər səbirli olmaq lazımdır. Rəşad Sadıqov və Bədavi Hüseynov milli komandada birgə oynadığım futbolçulardır. Yəni "Qarabağ"da atmosfer çox gözəldir. Komandaya uyğunlaşmaq üçün heç bir problem yoxdur".

Daha çox


Son xəbərlər