"Barselona" - "Sevilya" superkubok matçı yetərincə bol qollu oyun oldu. Bütün futbol azarkeşləri belə deyir ki, oyunun gözəlliyi qoldur. Bu, bütün qarşılaşmalarda belədir. İndi təsəvvür edin, bir oyunda 9 qol varsa, hər şey göz qabağındadır".
Qol.Az-ın "korner.az"a istinadən verdiyi məlumata görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Avropa superkuboku çərçivəsində keçirilən "Barselona" - "Sevilya" matçı haqda danışarkən deyib.
Tiflisdə baş tutan oyunu stadiondan canlı izləyən A.Şahgəldiyev matç zamanı heç bir həyəcan hiss etmədiyini bildirib: "Maraqlı və gözəgəlimli oyun idi. Məndə isə heç bir həyəcan olmadı, tamaşaya baxan kimi baxdım. Sadəcə olaraq, afişası maraqlı idi və biz də gedib, baxdıq. Qeyri-adi heç nə yox idi".
Oyunla bağlı özündə müəyyən qeydlər apardığını bildirən PFL rəsmisi superkubokun açılış mərasiminin həddindən artıq sadə olduğunu vurğulayıb: "Mən, ümumiyyətlə, bütün oyunlarda, böyük tədbirlərdə olanda müəyyən qeydlər aparıram. Hansı ki, bizim işimizə yaraya bilər. Burada təkcə oyuna yox, açılış mərasimindən tutmuş, medalların təqdim olunmasına qədər hər şeyi izlədim və özümə lazım olan qeydləri apardım. Təkcə bu oyunda yox, getdiyim bütün seminarlarda bu məsələni diqqətdə saxlayıram. Mən orada olduğum müddətdə, superkubokun təşkilində elə bir yenilik görmədim. Tam səmimi deyirəm, bizim kubokun finalının açılış mərasimi ondan ən azı 3 dəfə yaxşı keçirilir (gülür.) Açılış mərasimi həddindən artıq sadə idi. Fərqli bir şey görmədim".
Qeyd edək ki, "Sevilya"nı 5:4 hesabı ilə məğlub edən "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxb.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video