"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsi
- Premyer Liqanın ilk turunda "Qəbələ"yə qarşı keçirdiyiniz qarşılaşma yetərincə maraqlı alındı. 4 qolun qeydə alındığı matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Gözəl oyun oldu. Hər iki komanda Avropa Liqasının pley-off mərhələsindədi. Bir-birinə layiqli rəqiblərdi. İstər biz, istərsə də "Qəbələ" yeni mövsümdə çempionluğa oynayır. Qarşılaşmada qırmızı vərəqə, penalti, 4 qol qeydə alındı. Təəssüflər olsun ki, mənim səhvimdən xal itirdik. Bu da çox üzücüdü. Qəbələdən 3 xalla ayrılsaydıq, yaxşı nəticə əldə etmiş olacaqdıq.
- 2:2 hesablı heç-heçəni ədalətli nəticə hesab etmək olarmı?
- Açıq futbol oynanıldı. 2:2-dən sonra qol vurmaq üçün yenə şanslarımız oldu. Çoxsaylı qol imkanlarımız var idi. Ən yaxşı oyunlarımızdan birinin keçirdiyimizi düşünürəm. Rəqib də yaxşı çıxış etdi. "Qəbələ"yə nisbətən oyuna hazırlaşmaq üçün bizim daha çox vaxtımız var idi. "Qırmızı-qaralar"da ikinci hissədə yorğunluq hiss olunurdu. Oyundan əvvəl mənə "heç-heçə olsaydı, yaxşı olardı" desəydilər, nəticəyə razı olardım. Ancaq hesabda irəlidə olduğun anda bunu əldən vermək bir qədər üzücü oldu.
- Rəqib komandanın düşərgəsində ab-hava elə də yaxşı deyil. Yəqin ki, məlum məsələlərdən siz də xəbərdarsız. Təcrübəli oyunçu, Azərbaycan futbolunun aparıcı futbolçularından biri kimi məsələ ilə bağlı nə deyə bilərsiz? Ümumiyyətlə, belə durumlarda futbolçular necə rəftar etməlidi?
- Ümumiyyətlə, çox həssas bir andı. Məsələyə tam aydınlıq gəlməmiş fikir bildirmək istəmirəm. Amma çox üzücü oldu. Deməyə söz tapmıram. Məsələyə aydınlıq gəldikdən sonra daha geniş açıqlama verəcəm.
- Avroliqanın pley-off mərhələsində rəqibiniz İsveçrə "Yanq Boyz"u olacaq. Rəqib barədə fikirləriniz nədən ibarətdi? Nəzərə alaq ki, İsveçrə klubunun baş məşqçisi Uli Forte də komandadan uzaqlaşdırılıb. Şansları necə dəyərləndirirsiz?
- Rəqibimiz təcrübəli komandadı. Avroliqada təcrübəsi yetərincədi. Bizi çətin və ağır oyun gözləyir. Bilirsiz ki, bu mərhələdə asan rəqib olmur. Biz də əlimizdən gələni edəcəyik. "Yanq Boyz"la məqsədlərimiz eynidi, onlar da bizim kimi qruplara qalmaq istəyir. İlk oyundan çox şey asıldı.
- Püşkatma zamanı potensial rəqibləriniz arasında daha güclüləri də var idi. "Yanq Boyz"u bir qədər asab rəqib hesab etmək olarmı?
- Bilirsiz necədi? Bundan zəifi də var, güclüsü də. Çempionlar Liqasında "Seltik"in yerinə bizə "Milsami" də düşə bilərdi. Amma bu, baş vermədi. Deməli, qismət belə imiş. Halbuki, 5 potensial rəqibdən biri də Moldova klubu idi. Onsuz da bizə çətin rəqib düşəcəyinə adət etmişik. Buna görə də, rəqibimiz "Yanq Boyz"dusa, elə onlara qarşı da oynayacağıq.
Mənbə: sport7.az
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər