“Ayxan müəllimlə aramızda söz-söhbət olmayıb” - Video

“Ayxan müəllimlə aramızda söz-söhbət olmayıb” - Video
VİDEO 28 Oktyabr 2026 / 09:53 366
-  A +

“Zirə”nin kapitanı Qismət Alıyev Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”ə qarşı keçirilən oyundan (2:2, penaltilər seriyasında 2:3) sonra QOL.az saytına müsahibə verib.

- Komandanın kapitanı kimi qalib gəldiyiniz oyunu necə dəyərləndirərdiniz?

- “Səbail” 1-ci liqada çempionluğa oynayan komandadır. Heyətlərindəki yerli və legioner futbolçular keçən mövsüm Premyer Liqada çıxış ediblər. Yaxşı təşkil olunmuş bir komanda ilə qarşılaşacağımızı bilirdik. Sonda mərhələni keçən tərəf biz olduq.

- Oyunun penaltilərə kimi uzanacağını gözləyirdiniz?

- Deyim ki, gözləyirdik, ya gözləmirdik, düz olmaz. Sadəcə, istəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək. Çünki bizi üç gündən sonra çempionatda səfərdə “Araz-Naxçıvan”la oyun gözləyir.

- Komandanız ötən kubok mövsümünün finalçısıdır. Sizcə, bugünkü oyun “Zirə”nin builki hədəflərinə nə qədər uyğun idi?

- Zədəli futbolçularımız çox, ehtiyat qüvvəmiz az idi. Bacardığımız qədər istəyirdik ki, oyunun taleyini 90 dəqiqə ərzində həll edək. Bu gün alınmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Mediada yayılan xəbərlərə görə, millinin son toplanışına çağırılmamağınıza səbəb Malta ilə oyundan sonra Ayxan Abbasovla aranızda baş verdiyi iddia edilən narazılıqdır. Bu barədə nə deyə bilərsiniz?

- Ayxan müəllimin işinə hörmətlə yanaşmışam. Bizim aramızda söz-söhbət olmayıb. Yəni ola bilər ki, Ayxan müəllimin həmin təlim-məşq toplanışı üçün onun oyun üslubuna uyğun çağırdığı futbolçular olsun. Yəni Ayxan müəllimlə mənim aramda heç bir şey yoxdur. Əlimdən gələni edirəm ki, qarşıdan gələn təlim-məşq toplanışına dəvət alım.

Sevil Heydərova

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner