İngiltərə Premyer Liqasının birinci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci matç günündə üç qarşılaşma keçirilib.
"Arsenal" doğma meydanda "Vest Hem"i qəbul edib. Bu görüşdə London klubu gözlənilmədən uduzub - 0:2.
"Nyukasl" - "Sauthempton" matçında isə qalib müəyyənləşməyib - 2:2.
Turun digər oyununda "Liverpul" "Stok Siti"nin qonağı olub. Qarşılaşma "Liverpul"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Vest Bromviç" - "Mançester Siti" görüşü ilə yekun vurulacaq.
9 avqust
İngiltərə Premyer Liqası, 1-ci tur
"Arsenal" - "Vest Hem" - 0:2
Qollar: Kouyate, 43 (0:1), Zarate, 57 (0:2)
"Nyukasl" - "Sauthempton" - 2:2
Qollar: Pelle, 24 (0:1), Sisse, 42 (1:1), Viynaldum, 48 (2:1), Long, 79 (2:2)
"Stok Siti" - "Liverpul" - 0:1
Qol: Koutinyo, 86 (0:1)
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi