"Qəbələ" artıq qrup mərhələsində oynamalıdır" – Elxan Məmmədov

"Qəbələ" artıq qrup mərhələsində oynamalıdır" – Elxan Məmmədov
GÜNDƏM 7 Avqust 2015 / 01:28 4464
-  A +

"Qəbələ" bütün Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Kiprdəki ilk oyunda da komandamız yaxşı çıxış etdi və çox çətin səfər matçından sərfəli nəticə ilə qayıtdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin "Apollon"a qalib gəldiyi oyundan (1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədov bildirib ki, artıq "Qəbələ"nin turnirin qrup mərhələsində oynamaq vaxtıdır: "İlk hissədə qol olmasa da, fasilədən sonra “Qəbələ” istəyinə nail oldu. Bütün “Qəbələ” komandasının azarkeşlərini təbrik edirəm. "Pley-off"da onlara uğurlar arzulayıram. Artıq vaxtdır. Niyə də Avropa Liqasının qrup mərhələsində iki komanda ilə təmsil olunmayaq?".

Daha çox


Son xəbərlər