UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında “Çukariçi”yə 2:0 hesabıyla qalib gələrək mərhələ adlayan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis komandası ilə yeni tarix yazmaq istədiyini bildirib:
- Bu gün stadionda bu qədər azarkeş görmək məni çox şad etdi. Stadionda təkcə bizim komandanın yox, bütün azərbaycanlı azarkeşlər vardı.
- Bu oyunda heyətlə bağlı hansısa çətinliklər oldumu? Ümumiyyətlə, komandanı növbəti mərhələ üçün gücləndirməyə ehtiyac var?
- Əlbəttə ki, komandanı gücləndirməyə çalışacağıq. Növbəti oynumuza hələ bir həftə vaxt var. Uyuna bir gün qalmışa qədər yeni futbolçu sifariş edə bilərik.
- Matça kənardan baxsaydınız, komandanızda oyunun ən yaxşısı kimi seçərdiniz, Sergey Zenyovu, yoxsa, Dmitri Bezotosnını?
- Bu gün mənim üçün önəmli olan komanda oyunu idi. Bəli, texniki cəhətdən bəzi məsələlər alınmadı, amma əsas olan komandamın çıxışıdır.
- Nəhayət ki, Azərbaycan təmsilçisi Serbiya klubunu keçə bildi...
- Stadion çox yaxşı idi. Bu qədər insanları görəndə tüklərim biz-biz oldu. Tarixə gəldikdə isə istərdik ki, “Qəbələ” ilə hər gün yeni bir tarix yazaq, yeni bir səhifə açaq.
- Antonov ilk yarının sonlarında oyundan düşmüşdü. Sanki komanda 10 nəfərlə mübarizə aparırdı...
- Antonov tanıdığım futbolçudur. Onunla uzun yollar keçmişik. Potensialına bələdəm. Bizdə 3 futbolçu var ki, xeyli müddətdir futbol oynamırlar. Onlar belə görüşlərdə oynamalıdırlar ki, özlərinə gəlsinlər.
- Dayaq yarımmüdafiəçisi mövqeyində adət etmədiyimiz iki futbolçu vardı: Aleksey Qay və Rəşad Sadiqov. Bu riski niyə almışdız? Axı onlar hücuma meyilli futbolçulardı.
- Biz rəqib komandanı analiz edərək bu taktiki gedişə əl atmışıdıq. Gördünüz ki, onlar ümidləri doğrultdu.
- Asif Məmmədovu əsas komanda üzvü kimi görürsünüz, yoxsa biz onu növbəti oyunlarda da ehtiyatda görəcəyik?
- Komandada 16 əsas və cavan futbolçu var. Onların hamısı barədə sual versəniz, mən deyə bilərəm ki, biz bu futbolçulara güvənərək onları bura gətirmişik. Biz bütün futbolçulara inanırıq. Asifə gəldikdə isə o, hələ ideal formada deyil. Tam formaya düşən kimi onu da əsas heyətdə meydana buraxacağıq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır