Azərbaycan Premyer Liqasının püşkü atıldı

Azərbaycan Premyer Liqasının püşkü atıldı
ÖLKƏ FUTBOLU 21 İyul 2015 / 12:47 9264
-  A +

Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün püşkatma mərasimi keçirilib.

Qol.Az-ın  məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan püşkatmada Premyer Liqada mübarizə aparacaq 10 klub iştirak edib.

Mərasimdə ilk turun cütlükləri bəlli olub. Yeni mövsümün ilk turununun oyunlar avqustun 8-9-da keçiriləcək. Çempionatın ümumi təqvimi yaxın günlərdə müəyyənləşəcək.
 


Azərbaycan Premyer Liqası, I tur

“Qəbələ” – “Qarabağ”

"Xəzər Lənkəran" - "İnter"

"Rəvan" - "Sumqayıt"

"Zirə" – AZAL

"Neftçi" - "Kəpəz"


Qeyd edək ki, “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran” və “Sumqayıt” ötən mövsüm də Premyer Liqada iştirak edib. Məlum səbəblərdən yüksək liqada iştirak edə bilməyən “Simur”un yerini ötən mövsüm I divizionda mübarizə aparmış “Rəvan” tutub. “Kəpəz” də yenidən Premyer Liqada iştirak edəcək. “Zirə” isə Premyer Liqanın debütantıdır.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır