Cavid Hüseynov: "Çukariçki" “Qəbələ”dən güclü deyil"

Cavid Hüseynov: "Çukariçki" “Qəbələ”dən güclü deyil"
ÖLKƏ FUTBOLU 19 İyul 2015 / 18:27 5579
-  A +

"Serbiyadakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq. Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamalıyıq".

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov klubun rəsmi saytına açıqlamasına deyib.

C.Hüseynov Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Çukariçki" ilə cavab matçında bütün gücünü ortaya qoyacaqlarını bildirib: "Səfərdə öz oyunumuzu, bizdən gözlənilən futbolu nümayiş etdirə bilmədik. İlk oyundakı çatışmazlıqları aradan qaldırıb, cavab oyununda qalib gəlməliyik.

Bunun üçün var gücümüzü ortaya qoyacağıq. “Çukariçki” “Qəbələ”dən güclü komanda deyil. Səfərdəki görüşü unudub, öz futbolumuzu oynamalı, mübarizə aparmalıyıq. Komandamız daha yaxşı futbol oynamağı bacarır. “Çukariçki”ni məğlub etmək gücündəyik. Bacarığımızı tam nümayiş etdirsək, mərhələ adlayacağıq. Bunun üçün də cavab matçına köklənməliyik”.

Qeyd edək ki, iyulun 23-də Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Çukariçki" oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır