Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Argentina millisinin hücumçusu Lionel Messi haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Maradona "Ole"yə açıqlamasında Messinin yığmadakı oyununu tənqid edib:
"Dünyanın ən yaxşı oyunçusuna sahibik. O, "Real Sosyedad"a qol vura bilir, ancaq yığmada topa müdaxilə etmir. Yəni, yükün altına girmək istəmir.
Məncə, Messi özünə sual verməlidir: "argentinalıdır, yoxsa isveçli?". Onu daha çox tərifləyərək, şişirtməməliyik. Əksinə Messi öz oyunu ilə komanda yoldaşlarını həvəsləndirməlidir".
Qeyd edək ki, Messinin şərəfini qoruduğu Argentina yığması bir il ərzində iki dəfə - həm dünya çempionatının, həm də Amerika kubokunun finalında rəqiblərinə uduzaraq turniri kuboksuz başa vurub.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”