ABŞ-ın "Orlando Siti" klubunda forma geyinən Kaka yenidən Avropaya qayıdacaq.
Qol.Az-ın "Globo"ya istinadən verdiyi xəbərə görə, bu barədə braziliyalı futbolçunun özü məlumat verib.
"ABŞ liqası zəif çempionat deyil. Hazırda yaxşı formadayam və var-gücümlə çalışıram. "Milan"da çox yaxşı illər keçirdim. "Real"da çıxışım uğursuz alındı. Lakin bu, hər şey demək deyil. "Orlando Siti" karyeramda son klub olmayacaq. Yenidən Avropaya qayıda bilərəm. Braziliya millisinin son oyunlarını izlədikdə, anladım ki, yığmaya lazımam. Yenidən milli komandaya qayıtmaq üçün əlimdən gələni edəcəm. Çünki 2018-ci ildə keçiriləcək dünya çempionatında oynamaq istəyirəm. İnanıram ki, baş məşqçi məni yığmaya dəvət edəcək".
Qeyd edək ki, 2003-2009-cu illərdə "Milan"da çıxış edən Kaka 2014-cü ildə "Orlando Siti"yə transfer olunub.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”