Nazim Süleymanov yubiley matçında poker etdi

Nazim Süleymanov yubiley matçında poker etdi
GÜNDƏM 25 May 2015 / 01:15 3642
-  A +

Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi  Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub.

Qol.Az-ın məlumatına görə, yubilyarın şərəfinə yoldaşlıq oyunu keçirilib.

Vladiqafqaz "Alaniya"sı ilə “Neftçi” veteranlardan ibarət komanda arasında baş tutan görüş  7:7 hesablı bərabərliklə başa çatıb.

N.Süleymanov  bu görüşdə 4 qola imza atıb. “Neftçi”nin heyətində  "Alaniya"ya üç qol vuran yubilyar bir dəfə də sabiq komandasının qapısına yol tapıb.   “Neftçi”nin digər qollarına gəlincə,  Musa Qurbanov het-trikə imza atıb, Oqtay Abdullayev isə bir dəfə fərqlənib.

Daha çox


Son xəbərlər