Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, sərbəst güləşçilərimizdən 12 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) və Paris Qran Prisinin qalibi Məhəmməd Müslümov (65 kq) reytinqdəki mövqelərini qoruyub.
Olimpiya çempionumuz Şərif Şərifov ötən ay keçirilən Dünya Kuboku yarışlarındakı uğurlu çıxışı ilə reytinqdəki mövqeyini yaxşılaşdırıb.
Məlumat üçün bildirək ki, Şərif Şərifov yığmamızın İranla görüşündə Dünya çempionu Reza Yazdanini tam üstünlüklə məğlub etməsi güləş ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanmışdı. İlk onluqda yer alan güləşçilərimizdən biri də Ruslan Dibirhacıyev (70 kq) olub. Bundan əvvəlki siyahıda yer almayan Olimpiya çempionumuz Toğrul Əsgərov Dünya kubokunda iştirakından sonra reytinq siyahısında 15-ci, Aleksandr Qostiyev (86 kq) isə 13-cü yerdə qərarlaşıb.
57 kq
17. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)
65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (4)
13. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (12)
15. Toğrul Əsgərov - Dünya Kuboku 3-cü yer (nr)
70 kq
10. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (12)
74 kq
11. Cəbrayıl Həsənov - Dünya Kuboku 3-cü yer (9)
86 kq
13. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (nr)
18. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (19)
97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
3. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (5)
19. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (20)
125 kq
12. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)
Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
"Qarabağ" "Dinamo"ya məğlub oldu
Vinisius "Real"la yeni müqavilə imzaladı
"Napoli" üçün yeni stadion tikiləcək
"Kəpəz" evdə "Karvan-Yevlax"a qalib gəldi
"Şəfa" rəhbərliyi komandanın düşərgəsində
Slavik Alxasov 1-ci liqa klubunda
Qurban Qurbanovdan məcburi yerdəyişmə - Savonu o əvəzlədi
"Barselona"dan Alvares qərarı
“Qarabağ” “Dinamo” ilə oyuna bu heyətlə çıxır
Həm əsas, həm U-20 millisini çalışdıracaq
"Qalatasaray"a keçə bilər
“Real” tarixinin ən bahalı transferi oldu
Asim Xudiyevə UEFA-dan təyinat
Salah yeni klubunda nə qədər qazanacaq? - Rəsmən açıqlandı
"Marsel" üçün aşağı liqaya düşmək təhlükəsi
"Trabzonspor" Salahla müqavilə imzaladı
"Roma"dan "Deportivo"ya
Uqanda millisinin futbolçusu öldürüldü
"Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
Fransa millisinin sabiq üzvü ərəb klubunda
Slavik Alxasov "Araz Naxçıvan"dan getdi
"Roma" səfər oyunlarına bu formalarla çıxacaq - Şəkillər
Deşam Səudiyyə Ərəbistanı klubunun hədəfində
“Qarabağ”da yeni məşqçi təyinatları
"Qəbələdə meydançalar əladır" - Presnel Kimpembe
Romero "Atletiko" ilə razılığa gəldi
"Arsenal"dan "Everton"a
İnfantinonun gizli Superliqa planı üzə çıxdı
“Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
Avropa vitrinindəki əsl “Sabah”…
"Sözünün üstündə duran kişi" - Şəkil
"Mingəçevir"də yeni baş məşqçi
Salahı Trabzonda 25 min azarkeş qarşıladı - Video