Xəbər verdiyimiz kimi, Azərbaycan futbolu tarixində ilk dəfə ölkə kubokunun final matçı bölgədə keçiriləcək. Peşəkar Futbol Liqasının (PFL) bügünkü qərarına əsasən, bu mövsüm kubokun finalı Qəbələ şəhərində olacaq.
Bu məsələ ilə əlaqədar PFL prezidenti Ramin Musayev Qol.Az saytının suallarını cavablandırıb
- Kubokun finalının Qəbələdə keçirilməsi hansı zərurətdən yarandı?
- Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir. Bildiyiniz kimi, indiyə kimi final matçları Bakıda olub. Bu dəfə isə yenilik olsun deyə, finalı Qəbələdə keçirmək qərarı verdik. Bu, bizim bölgələrdə yaşayan azarkeşlərimizə hədiyyəmizdir. Qəbələdə və ətraf rayonlarda yaşayan futbol həvəskarlarını həmin oyuna baxmağa dəvət edirik.
- Bu qərarı verməzdən əvvəl finalçılar olan “Qarabağ” və “Neftçi”nin rəyi öyrənilibmi?
- Xeyr. Buna ehtiyac da yoxdur. Biz başqa dövlətdə yaşamırıq. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qəbələdə də böyük inkişaf var. Həmin şəhərdə gözəl futbol üçün hər şür şərait yaradılıb. Baxın, orada nə qədər gözəl otellər və stadion var.
- Amma belə fərziyələr var ki, “Neftçi”nin Qəbələ azarkeşləri ilə problemi olduğu üçün klub finalın bu şəhərdə keçirilməsinə razı deyil.
- Heç bir problem olmayacaq. Buna əmin olun. Ümumiyyətlə, indiyədək təcrübədə olmayıb ki, PFL final matçının harada keçirməklə bağlı klubların rəyini öyrənsin. Sadəcə, oyundan bir neçə gün əvvəl nominal meydan sahibinin kim olması ilə bağlı püşk atılıb və bu dəfə də atılacaq.
- Final iyunun 3-də keçiriləcək. Həmin vaxt isə Bakıdakı ilk Avropa Oyunları ilə əlaqədar paytaxtda xeyli xarici idmançı olacaq. Bu qərarın verilməsinə Bakıda iyun ayında yaranacaq sıxlıq amili də təsir edibmi?
- Bununla bağlı bizə heç nə deyilməyib. Bildiyiniz kimi, ötən il superkubok oyununu Naxçıvanda keçirdik. Hələ bu mövsümün əvvəlində də fikrimiz vardı ki, final bölgələrdən birində olsun. İnşallah, gələn il də final paytaxtdan kənarda keçirilər.
- Budəfəki finalda da lotereya oyunu təşkil ediləcəkmi?
- Oyunda daha yaxşı mühitin olması üçün əlimizdən gələni edəcəyik.
- Azarkeşlərin Qəbələyə aparılması məsələsi necə təşkil olunacaq?
- Bu məsələni klublar özləri həll etməlidir. Biz isə PFL olaraq, jurnalistlərin Qəbələyə səfərini təşkil edəcəyik.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı