Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Qol.Az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.
Ötən turda səfərdə "Qarabağ"a uduzmaqla avrokuboklara getmək şansını azaldan AZAL klubu öz meydanında "Sumqayıt"la qarşılaşıb. Matçın son dəqiqəsində qapısında top görən Tərlan Əhmədovun komandası meydanı 1 xalla tərk edib - 1:1.
Paytaxt derbisində "Bakı" və "İnter" üz-üzə gəlib. Çempionluq uğrunda mübarizəsini davam etdirən "İnter" bu görüşdə qələbə qazanmağa çalışacaqdı ki, buna da nail olub. Bu görüşdə 2:1 hesabı ilə qalib gələn "İnter" ikinci pillədəki mövqeyini möhkəmləndirib.
Zaqatalada yerli "Simurq" klubu "Qarabağ"ı sınağa çəkib. Qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün son qarşılaşmasında "Neftçi" və "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə "Qəbələ" 3:1 hesabı ilə qalib gəlib. Bununla da Roman Qriqorçukun komandası ardıcıl 6 oyunda meydanı qalib tərk edib.
17 aprel
Azərbaycan Premyer Liqası, 30-cu tur
20:00. “Neftçi” – “Qəbələ” - 1:3
Qollar: Aleksey Qay, 24 (0:1), Nikolas Kanales, 44 (1:1), Cavid Hüseynov, 50 (1:2), Viktor Mendi, 86 (1:3)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
“Bakcell Arena“.
18:00. “Simurq” – “Qarabağ” - 0:2
Qollar: Muarem Muarem, 18 (0:1), 80 (0:2)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.
16:00. AZAL – “Sumqayıt” - 1:1
Qollar: Valeriy Kutsenko, 75 (1:0), Məhəmməd Qurbanov, 90+1 (1:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
“AZAL Arena”.
16:00. “Bakı” – “İnter” - 1:2
Qollar: Derlis Meza Kolli, 10 (0:1), Əfran İsmayılov, 56 (0:2), Nurlan Novruzov, 90+3 (1:2)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Turnir cədvəli
|
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir