Azərbaycan Premyer Liqasının 29-cu turunun “Simurq”la oyunu (1:0) “Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib.
Ü.Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, “Simurq”la ötən turun oyunu və “Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini bölüşüb:
“Komanda indi yaxşı formadadır. Bunun da nəticəsidir ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Son qarşılaşmada qalib gəldiyimiz “Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. “Qəbələ” mənə doğma komandadır. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim".
O bildirib ki, növbəti turun “Neftçi” ilə oyunu çətin olacaq:
"Bu matçda yalnız qələbə haqda düşünürük. Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik”.
Qeyd edək ki, XXX turun “Neftçi” – “Simurq” qarşılaşması aprelin 17-də keçiriləcək.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb