"Xəzər Lənkəran"da "Neftçi"yə qarşı prinsipiallıq davam edir"

"Xəzər Lənkəran"da "Neftçi"yə qarşı prinsipiallıq davam edir"
ÖLKƏ FUTBOLU 8 Aprel 2015 / 15:40 4131
-  A +

"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov "Xəzər Lənkəran"la oyun öncəsi Qol.Az saytına müsahib verib.

Sabah Premyer Liqamızın 28-ci turunda keçiriləcək oyun haqda danışan baş məşqçi digər sualları da cavablandırıb


- Hər zaman bu komandalar arasında prinsipial oyun olub. Səfərə bunu düşünürək yollanırıq. Rəqibin  hansı heyətlə oynamasından asılı olmayaraq Lənkəranda "Neftçi"yə qarşı prinsipiallıq davam edir. "Xəzər Lənkəran" oyuna ikiqat motivasiya ilə çıxacaq. Çünki rəqib "Neftçi"dir.  Bizi asan oyun gözləmir. Bunun bir səbəbi də odur ki, sabah altı aparıcı futbolçumuzun xidmətindən yararlana bilməyəcəyik. Bunlar Ernest Nfor, Rauf Əliyev,  Mirhüseyn Seyidov, Əziz Quliyev, Karlos Kardosa və Əziz Quliyevdir. Onların bəzisi zədəli, bəzisi isə cəzalıdır.

- Bu itkilər "Neftçi"nin işini nə dərəcədə çətinə salacaq?

- Son vaxtlar sıx qrafiklə oynayırıq. Heyətdə itkilər olmasa, belə sıx qrafikli oyunlar zamanı balansı qorumaq olar. Ancaq bu itlkilər işimizi biraz da çətinləşdirir. Bunlara baxmayaraq hədəfimiz üç xaldır. İsətdiyimizi əldə etməyə çalışacağıq.

- Komandanın rəhbəri olaraq "Neftçi"də Müşahidə Şurasının yaradılmasına münasibətini bilmək istərdik.

- Bizim əsas işimiz meydandadır. Rəhbərlik belə qarar veribsə, yəqin faydalı olacaq.

- Bu dəyişiklik futbolçulara necə təsir edib?

- Artıq Müşahidə Şurasının qayğısını hiss edirik. Bu da bizə əlavə stimuldur. "Simurq"la oyun öncəsi Çingiz Abdullayev və Müşahidə Şurasının üzvləri bazamızda oldular. Komanda ilə söhbət olundu. Bundan başqa Müşahidə Şurasının üzvləri Səməd Qurbanov və Mübariz Zeynalov "Simurq"la oyunu izləmək üçün Zaqatalaya yollanmışdılar. Onlar oyundan əvvəl futbolçularla görüşüb söhbət etdilər, onlara ruh verdilər. Bu diqqətin olmağı  istər-istəməz komandadakı əhvar-ruhiyəni yaxşılaşdırır.

- Çingiz Abdullayevin sizinlə ayrıca söhbəti olub?

- Yox, şəxsən söhbətimiz olmayıb. Buna hələ ki, vaxt yoxdur. Aprelin 6-da Zaqataladan gəlmişik. Hazırda isə Lənkarana gedirik. Bilidiyimə görə, Çingiz Abdullayev sabah oyunumuzu stadiondan canlı izləyəcək. Komanda ilə görüşü də nəzərdə tutulub. Düşünürəm ki, Çingiz Abdullayev  getidikcə komandaya daha yaxın olacaq.        

- Prmeyer Liqamızın son turunda "Neftçi" səfərdə  "Simurq" üzərində əzmkar qələbə qazandı. Ancaq futbolçunuz Julius Vobayın oyundan sonra azarkeşlər qarşısında ədəbsiz jest etməsi həmin qələbəni kölgədə qoydu. Yəni mətbuat daha çox o hadisədən yazdı. 

- Əlbəttə,  istəməzdik ki, daha çox diqqət buna yönəlsin. Belə bir çətin səfər oyununda on nəfərlə qalib gəldik. Komandamız xarakter göstərdi.  Vobay məsələsini yenidən qaldırmağa ehtiyac yoxdur. Əgər ciddi bir hadisə olsaydı, biz də klub olaraq ona hansısa cəzanı verərdik. Ancaq hamı gördü ki, Vobay azarkeşlərə qarşı deyil, komanda yoldaşına jest edib. Mənim Vobayla söhbətim oldu. Ona bildirdim ki, sənin hərəkətin Azərbaycan mentalitetində qəbul olunan deyil.

- Son vaxtlar "Neftçi"də belə qalmaqalların tez-tez gündəmə gəlməsinin səbəbini nədə görürsünüz?

- Bütün dünyada belə hallar baş verir. Əsasən legionerlə azarkeşlər arasında narazılıq yaranır. Bizdən əvvəl AZAL-ın futbolçusu ilə azarkeşlər arasında xoşagəlməz hal yaşanmışdı. Bunlar futbola gözəllik gətirmir. Həm azarkeşlər, həm də futbolçular diqqətli olmalıdır. "Neftçi" Azərbaycanın köklü klubudur. Ona görə də burda baş verənlər ictimaiyyətin diqqətindən kənarda qalmır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər