"Qəbələ" klubunun kapitanı Ruslan Abışov Qol.Az saytına müsahibə verib.
Premyer Liqanın son turunda AZAL-a qalib gəldikləri oyundan (4:0) və komandasının son dövrdəki uğurlu çıxışlarından danışan millimizin üzvü müqavilə ilə məxsus olduğu "Rubin"ə qayıtmaq məsələsinə də toxunub
- Səfərdə AZAL-a dörd cavabsız qol vuracağınızı gözləyirdin?
- Son oyunlar fiziki cəhətdən hazırlığımız yüksək səviyyədədir. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən yaxşı istifadə etdik. AZAL-la görüşə də ən yaxşı şəkildə hazırlaşmışdıq. Bundan əvvəlki görüşlərin ikisində AZAL-a uduzumuşduq, bir oyunda isə heç-heçə qeydə alınmışdı. Məğlubiyyətlərin əvəzini çıxmaq istəyirdik. Oyuna əlavə motivasiyamız var idi. Dünənki qarşılaşma göstərdi ki, qələbəyə layiq biz idik. Çünki bir neçə real qol imkanlarımız da oldu ki, yararlana bilsəydik, hesab daha böyül olardı. Ancaq etiraf etməliyəm ki, 4:0 hesablı qələbə qazanacağımızı gözləmirdik.
- Komandaları müqayisə edəndə bu qənaətə gəlmək olar, yoxsa AZAL-ın sıx müdafiə olunduğu üçün belə düşünürsən?
- AZAL həmişə müdafiədə etibarlı oynayıb. Fikir versək, görərik ki, AZAL-a böyük hesabla qalib gəlmək çətin məsələdir. Üstəlik rəqib öz meydanında çıxış edirdi. Bildiyiniz kimi, AZAL evdə daha yaxşı oynayır.
- Ardıcıl beş oyundur ki, "Qəbələ" qalib gəlir. Uzun müddət uğursuz çıxışlardan sonra komandanızda inkişaf hiss olunur. Yeni baş məşqçi Roman Qriqorçukun oyun fəlsəfəsini qavraya bilmisiniz? Yəni artıq o uğursuz çıxışların arxada qaldığını demək olar?
- Düzdür, bizim vaxta ehtiyacımız var idi. Yeni baş məşqçinin həmişə zamana ehtiyacı olub. Bir müddətdən sonra komandaya yeni gələn futbolçular da bir-birini yaxşı başa düşəcək. Hələ ki, istənilən səviyyədə çıxış etmirik. Bundan sonra daha yaxşı oynayacağıq.
- Hansı çatışmazlıqlar davam edir?
- Bunu açıqlaya bilmərəm. Söhbət baş məşqçinin veriyi tapşırıqlardan gedir. Yəni hələ ki, onun istədiklərini tam edə bilmirik. Qarşıdakı oyunlarda məşqçimizin bizdən tələb etdiklərini tam yerinə yetirəcəyik. Bundan sonra hər şey daha yaxşı olacaq. Qarşımıza böyük məqsədlər qoymuşuqsa, məşqçinin bütün tapşırıqlarını yerinə yetirməliyik.
- "Qəbələ" hazırkı durumda neçənci yerə iddialıdır?
- Biz qarşımıza məqsəd qoymuşuq ki, bundan sonrakı bütün oyunlarda qələbə qazanaq. Sırf bunun haqda düşünürük. Təbbi ki, rəqiblərimizin xal itirməsindən də çox şey asılı olacaq. Maksimum öz oyunlarımıza köklənirik. Çempionatın bitməsinə yeddi tur qalıb. Biz ən yaxşı nəticəni qazanmaq istərdik. Ancaq hər şeyə çempionatın sonunda ayınlıq gələcək.
- Premyer Liqanın növbəti turunda son dövrlər "Qəbələ" üçün başağrısına çevrilən "Simurq"la qarşılaşacaqsınız.
- "Simurq"u doğma meydanda qəbul edəcəyik.Bəli, bundan əvvəlki iki görüşdə rəqibizə məğlub olmuşuq. Üstəlik bizi kubokdan da kənarlaşdırdılar. Çalışacağıq ki, kubokdakı məğlubiyyətin də əvəzini çıxaq.
- "Rubin"lə bağlı məsələ nə yerdədir?
- Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm. Hər şey keçmişdə qalıb.
- Gələcəkdən nə gözləmək olar?
- Hələ ki, bilmirəm. Qarşıdakı yeddi oyuna köklənmişəm. Mövsümün sonuna qədər "Qəbələ"nin şərəfini qoruyacam. Xeyirlisi nədirsə, o da olacaq.
Ramiq AĞAMƏMMƏDOV
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər