"Traktor Sazi"dən böyükhesablı qələbə

"Traktor Sazi"dən böyükhesablı qələbə
ÖLKƏ FUTBOLU 4 Aprel 2015 / 00:20 4223
-  A +

İran çempionatında 24-cü turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin
"Traktor Sazi" klubu bu tur öz meydanında “İstiqlal”ı qəbul edib.

Görüş təbrizlilərin  böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Traktor Sazi" xalını 47-ə çatdırıb.

Qeyd edək ki, Təbriz təmsilçisi 24 turdan sonra  turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İlk pillədə olan "Naft Tehran"ın isə 48 xalı var. 

3 aprel

İran çempionatı, 24-cü tur

"Traktor Sazi"  - “İstiqlal” 3:0
Qollar:
Zadeh, 40, Lusiano, 57, Kərimi, 81

Son xəbərlər