19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Patrisia Qonzales İspaniya mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Azərbaycanda qadın futbolunun hazırkı durumu, ölkəmizdə üzləşdiyi çətinliklər haqda danışıb.
- Məşqçi işləmək üçün 25 yaşınızda Azərbaycana getdiniz. Bu addımı atmağınıza səbəb nə idi?
- İlk ilimdə müəyyən çətinliklərlə üzləşdim. Çünki yeni ölkəyə uyğunlaşmalı idim. Ancaq gələcək karyeram baxımından İspaniyada qalmağın mənası yox idi.
- İspaniyada futbolla məşğul olmaq nə dərəcədə çətindir?
- Orada müxtəlif işlərlə məşğul olurdum, günün sonunda isə futbola gedirdim. İspaniyada futbolla məşğul olmaq qadınlar üçün asan deyil. Amma artıq bu işlə peşəkar səviyyədə məşğul oluram.
- Azərbaycan həyatına uyğunlaşmaqda hansı çətinliklə üzləşdiniz?
- İlk növbədə yaxşı mənada təəccübləndim. Azərbaycan müsəlman ölkəsi olsa da, qapalı ölkə deyil. Qadınlar da qapalı geyinmirlər. Müəyyən çətinlik olub. Bir dəfə yuyucu tozu və şampunun harada olduğunu müəyyənləşdirmək üçün yarım saat vaxt sərf etdim. Azərbaycanda futbolun necə başa düşüldüyünü və burada həyatın necə olduğunu artıq bilirəm. Çətin də olsa, yerli dili öyrənməyə çalışıram. Hər dəfə İspaniyadan Azərbaycana qayıdanda özümlə 20 kiloqram ərzaq, əsasən də, kolbasa aparıram. Hansı ki, Azərbaycanda yoxdur.
- Azərbaycana köçdükdən sonra nəyi kəşf etdiniz?
- Texniki və taktiki tərəfdən hazırlıqlı olan bir neçə futbolçu ilə rastlaşdım. Bu ölkədə qadın futbolu 2010-cu ildən inkişaf etməyə başlayıb. Orada özümü çox rahat hiss edirəm. AFFA-nın baş katibi bildirib ki, Azərbaycanda qadın futboluna həmişə qadın rəhbərlik edəcək.
- Azərbaycanlı qadın futbolçunun əsas problemi nədi?
- Azərbaycanlı qadın futbolçu 16-17 yaşlı yeniyetmədir. O, yalnız futbol haqda düşünür. Qarşılaşdığım ən böyük problem müsəlman ənənəsinə əsasən qızların erkən yaşda ərə getmələridir. Bu səbəbdən də çoxu 21-22 yaşında karyerasını bitirir. Azərbaycan dilini bilməmək də mənə çətinlik yaradır.
- Bəs futbolçularla necə ünsiyyət qurursunuz?
- Onlar ingiliscə danışa bilmirlər. Buna görə də, tərcüməçinin köməyindən istifadə edirəm. Yeri gəlmişkən, tərcüməçim də "Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiçin tərcüməsiçi işləyib. Artıq o da futbolu yaxşı anlayır. Yəni futbol adamıdır.
- Nə vaxtsa, məşqçilik karyeranızı İspaniyada davam etdirməyi planlaşdırırsınızmı?
- Mən bu arzu ilə yaşayıram. Çox istərdim ki, öz ölkəmin qadın futbolunda tanınmış məşqçilərdən olum. Belə bir şans yaransa, qəbul edərəm.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər