17 yaşadək futbolçularda ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayevin müsahibəsi
- Elit-raundun son oyununda millimiz Serbiyaya 0:4 hesabı ilə uduzdu. Qarşılaşma barədə nə deyə bilərsiz?
- Komanda 3 oyunda 11 qol buraxdı. Buna görə də istefa verdim. Vəzifəmdən ayrılıram.
- İstefanın səbəbi nədir?
- Öz komandama üzüldüm. Əvvəldən yer aldığımız qrupun güclü olduğunu bilirdik. Amma hər bir işin başında inam durur. İnam yoxdusa, mən getməliyəm. Mən komandaya inanırdım. Meydana mən çıxıb oynamıram ki. Onlar oynayır. Ona görə də bu gün mən U-17-nin baş məşqçisi vəzifəsindən ayrılıram.
- Bəlkə AFFA rəhbərliyi istefanızı qəbul etmədi?
- Hər bir halda onların fikrinə hörmətlə yanaşacağam. Amma bu komanda ilə daha işləməyəcəyəm. Heç kim qarşıma mərhələ adlamaq tapşırığı qoymamışdı. Özüm mərhələni keçmək istəyirdim. Mən məğlubiyyətə yox, komandamın acizliyinə üzülürəm.
- Yəni, komandanız mübarizəsiz təslim oldu?
- Bəli, mübarizəsiz təslim oldu. Özünüz də gördünüz ki, oyun ərzində 1 kəlmə də danışmadım. Futboldan getmirəm, sadəcə U-17-dən ayrılıram.
- Komandanızın acizliyinin səbəbini nədə görürsüz?
- Qorxurdular. Halbuki daha əvvəl İspaniya, İsveçrə, Bolqarıstan, Bosniya və Hersoqovina komandalarına qarşı layiqli müqavimət göstərmişdik.
- Sizcə, Elit-raundun oyunlarının Bakıda keçirilməsi ziyanımıza oldu, yoxsa xeyrimizə?
- Azərbaycan futboluna bunun xeyri oldu. Bu cür yüksək səviyyəli oyunların paytaxtımızda keçirilməsi müsbət haldı. 2 qat yaxşı olardı ki, komandamız heç olmasa əzmkar təsir bağışlasın. Mən ona üzülürəm ki, mübarizə yox idi. Kişi kimi uduzmadılar. Halbuki futbol kişi oyunudu.
- Deməli, gələcəyə ümid yoxdur?
- Ümid həmişə var. Amma indiki məqamda çıxış yolu kimi mən getməliyəm.
- Tezliklə U-19-un baş məşqçisi olacağınız deyilir...
- Hələ ki heç bir təklif yoxdur. Yalnız onu deyə bilərəm ki, daha bu komandanın başında məni görməyəcəksiz.
- AFFA rəhbərliyi istefanıza necə reaksiya verdi?
- Hələ görüşməmişik. Nə vaxt görüşəcəyimizi də bilmirəm. Təbii ki, nəticəyə görə hesabat verməliyəm. Çox üzülürəm ki, aciz, xaraktersiz komanda gördüm. Mən həmişə komandama güvənib ağızdolusu danışırdım. Gələcəkdə bu futbolçulara uğurlar arzu edirəm. Ümid edirəm ki, bizim edə bilmədiyimizi U-19 edəcək.
- U-19-un baş məşqçisi təyin olunsaz, növbəti ildən hazırda U-17-də çıxış edən uşaqlarla işləməlisiz. Belə çıxır ki, həmin vəzifə sizə tapşırılsa, yeni komanda yığmalı olacaqsız?
- Mən daha onlara inanmıram. Hər işin başında inam durur.
- Baş məşqçi kimi bu uğursuzluqda sizin günahınız nədir?
- Özümü hamıdan çox qınayıram. Çünki bu təlim-məşq toplanışında komandaya bir qədər boşluq vermişdim. Halbuki heç vaxt belə işləməmişəm. Hər zaman mənim komandamda nizam-intizam güclü olub. Bu dəfə Bakıda oynayırdıq deyə uşaqlara çox təzyiq etməmək qərarına gəlim. İndi də özümə bağışlamıram ki, komandanı bir az boş buraxdım.
Mənbə: futbolxeber.az
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer