Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, keçirilən səkkiz oyunla 1/4 finalçıların adına aydınlıq gəlib.
Günün ilk qarşılaşması Rusiyada oynanılıb. Moskva “Dinamo”su “Napoli”ni qəbul edib. İlk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan paytaxt klubu mərhələ adlamaq üçün bu görüşdə ən azı iki cavabsız qolla qalib gəlməli idi. Lakin İtaliya təmsilçisi buna imkan verməyib. Oyun qolsuz heç-heçə ilə başa çatıb və 1/4 finala adlayan “Napoli” olub.
Digər Rusiya klubu "Zenit" "Torino"nun qonağı olub. Peterburqda baş tutan ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn “Zenit” bu oyunda uduzub – 0:1. İki oyunun nəticəsinə görə isə “Zenit” mərhələ adlayıb.
1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu doğma meydanda "Brügge" ilə qarşılaşıb. İlk görüşdəki 1:2 hesabı ilə məğlub olan İstanbul təmsilçisi bu görüşdə də daha böyük hesabla (1:3) uduzuraraq mübarizəni dayandırıb.
"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" klubu səfərdə "Ayaks"la qarşılaşıb. İlk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatdığından cütün taleyinə bugünkü oyunda aydınlıq gəlməli idi. Matçın əsas vaxtı “Ayaks”ın üstünlüyü ilə başa çatıb – 1:0. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqlənib – 2:1. Bu hesab “Dnepr”i 1/4 finala yüksəldib.
İtaliya "İnter"i isə öz meydanında "Volfsburq"la üz-üzə gəlib. İlk oyunda 3:1 hesablı qələbə qazanan Almaniya klubu bu dəfə də qalib gəlib – 2:1. Beləliklə də “İnter” də mübarizəni dayandırıb.
19 mart
Avropa Liqası, 1/8 final, cavab oyunları
00:05. “Ayaks” (Hollandiya) - "Dnepr” (Ukrayna) - 2:1
Qollar: Bazoer, 60 (1:0), Konoplyanka, 97 (1:1), Van der Horn, 118 (2:1)
(İlk oyun – 0:1)
00:05. "Beşiktaş” (Türkiyə) - “Brügge” (Belçika) - 1:3
Qollar: Ramon, 48 (1:0), De Şutter, 61 (1:1), Mbombo, 80 (1:2), 90, (1:3)
(İlk oyun – 1:2)
00:05. “İnter” (İtaliya) - "Volfsburq" (Almaniya) - 1:2
Qol: Kaliqiuri, 24 (0:1), Palasio, 71 (1:1), Bentner, 89 (1:2)
(İlk oyun – 1:3)
00:05. “Sevilya” (İspaniya) - “Vilyarreal” (İspaniya) 2:1
Qollar: İborra, 69, (1:0), Santos, 79 (1:1), Suares, 80 (2:1)
(İlk oyun – 3:1)
00:05. “Torino” (İtaliya) - “Zenit” (Rusiya) 1:0
Qol: Qlik, 90
(İlk oyun – 0:2)
21:00. “Dinamo” (Moskva, Rusiya) - “Napoli” (İtaliya) - 0:0
(İlk oyun – 1:3)
22:00. “Roma” (İtaliya) - "Fiorentina” (İtaliya) - 0:3
Qollar: Qonzalo Rodriqes, 9 (0:1), Markos Alonso, 18 (0:2), Basanta, 22 (0:3)
(İlk oyun - 1:1)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – Everton” (İngiltərə) - 5:2
Qollar: Yarmolenko, 21 (1:0), Lukaku, 29 (1:1), Teodorzuk, 35 (2:1), Veloso, 37 (3:1), Qusev, 56 (4:1), Antunes, 77 (5:1), Jaqelka, 82 (5:2)
(İlk oyun – 1:2)
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı