Serbiyanın U-17 yığmasının baş məşqçisi Deyan Qovedaritsa Bakıda keçiriləcək Avropa çempionatının elit mərhələsinin oyunları haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Serbiya mətbuatına danışan 45 yaşlı mütəxəssis qrupdakı rəqiblərindən olan Azərbaycan millisinin son illər inkişaf etdiyini bildirib:
"Bakıdakı rəqiblərimizdən heç biri ilə daha öncə oynamamışıq. Ancaq bu elə də əhəmiyyət kəsb etmir. Çünki bu yaş yığmalarda hər şey sürətlə dəyişir. Azərbaycan futbolu son illərdə alman məktəbinin təsiri altında inkişaf edir. Portuqaliya ənənəvi olaraq bütün aşağı yaş qruplarından ibarət yığmalarda uğurlu təsir bağışlayır. Xorvatiya da həmçinin. Ona görə də biz qarşıdakı oyunlara ciddi yanaşırıq".
Qeyd edək ki, Avropa çempionatının elit mərhələsinin ilk oyunun sabah Portuqaliya ilə qarşılaşacaq Serbiya yığması martın 22-də millimizlə üz-üzə gələcək.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması