"İnsanlar mənə görə narahatdırlar. Ancaq onlar mənim xoşbəxt olduğumun fərqində deyillər. Ən böyük xoşbəxtliyim digərləri ilə qarşılaşdırıldığım zaman aramızda gördüyüm böyük fərqdir".
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo deyib.
Çempionlar Liqasının 1/8 finalında PSJ-yə məğlubiyyətdən sonra tənqid olunmasına münasibət bildirən portuqaliyalı mütəxəssis özünün dünyanın ən yaxşı baş məşqçisi olduğunu iddia edib:
"Digər həmkarlarımla aramızda böyük fərq var. Bu, onlarla savaşdığım anlamına gəlməsin. Hər birinə hörmətlə yanaşıram. Ancaq Premyer Liqanın Avropada kubok qazanan məşqçiləri kimdir? Mən və Lui van Qal. Premyer Liqada bir və daha çox çempionluq yaşayan məşqçiləri kimdir? Mən və Arsen Venger.
Neçə məşqçi Çempionlar Liqasını iki dəfə qazanıb? Karo Ançelotti üç, Lui van Qal və Pep Qvardiola iki dəfə bu kuboka sahib çıxıb. Mən bu siyahıya daxil deyiləm. Çünki mən daha çox qazanmışam. Bütün bunlara baxmayaraq məni yenə tənqid edirlər".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı