"Tərlan Əhmədov ispan dilini bilmirsə, bu, mənim günahım deyil"

"Tərlan Əhmədov ispan dilini bilmirsə, bu, mənim günahım deyil"
GÜNDƏM 14 Mart 2015 / 14:14 6237
-  A +

“Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı. Bu futboldu və tərəflərdən biri qələbə qazanmalıdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos ölkə kubokunun 1/4 finalının AZAL-la cavab matçı (1:0) haqda danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən paraqvaylı yarımmüdafiəçi AZAL-la oyunda hakimi söyməsi ilə bağlı rəqib komandanın baş məşqçisi Tərlan Əhmədovun ittihamlarına cavab verib:

“Tərlan Əhmədov AZAL klubundan əvvəl "Neftçi"də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Tərlan Əhmədov ispan dilində başa düşmür. Əgər oyunda işlətdiyim hər hansı ifadəni Tərlan Əhmədov söyüş kimi başa düşübsə, bu mənim günahım deyil. AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və  hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdır."

Daha çox


Son xəbərlər