Arif Əsədov qələbəni şərh etdi

Arif Əsədov qələbəni şərh etdi
ÖLKƏ FUTBOLU 13 Mart 2015 / 17:34 2817
-  A +

“Maraqlı bir oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq. Futbolçulara təşəkkür edirəm”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov AZAL-a qalib gələrək Azərbaycan kubokunun yarımfinalına çıxdıqları oyundan (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, qələbəni belə şərh edib: “Hesab daha da böyük ola bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odur ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik".

Daha çox


Son xəbərlər