"Vikinq" - "Sabah" oyununda 4-cü qol - Yenilənir

"Vikinq" - "Sabah" oyununda 4-cü qol - Yenilənir
ÇEMPİONLAR LİQASI 5 Noyabr 2026 / 01:40 3686
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə "Vikinq"lə qarşılaşır. "Viking Stadium"da keçirilən görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayıb. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edir.

Hazırda turnir cədvəlində "Sabah" 3 xalla 25-ci, "Vikinq" isə 1 xalla 33-cüdür. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) - 3:1 (İkinci hissə)

Qollar: Orfi Mbina, 11 (0:1), Erik Botheym, 27 (1:1), Zlatko Tripiç, 69 (2:1), Henrik Falkener, 81 (3:1)

Qırmızı vərəqə: Eyden Makkarti, 78 ("Sabah")

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stef:1an de Qrot, Coui Koy (hamısı Niderland)

VAR: Jeroen Maşkot (Niderland)

AVAR: Jerom Brisard (Fransa)

"Viking Stadium".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner