AFFA-nın baş katibi Elxan Məmmədov "Report" informasiya agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- Martın 6-da keçiriləcək AFFA-nın növbəti Hesabat Konfransında hansı ciddi qərarların qəbulu gözlənilir?
- İlk növbədə biz AFFA üzvləri və ictimaiyyət qarşısında hesabat verəcəyik. Federasiya prezidenti Rövnəq Abdullayev "2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, hesabatı dövlət nümayəndəsinə təqdim edəcək. Artıq hesabat hazırdır. Bu hesabat dövlət nümayəndələrindən başqa ictimaiyyətə də təqdim olunacaq.
- Toplantıda legioner limiti, 23 yaşadək futbolçuların əmək haqqı ilə bağlı qərarlar da veriləcək?
- İcraiyyə Komitəsinin gündəliyində maaşla bağlı məsələ yer alsa da, legioner limiti yoxdur. Lakin İcraiyyə Komitəsinin üzvləri bu məsələni qaldırsalar, müzakirələr aparılacaq. Konfrans zamanı seçkilər də olacaq. İki vakant yerə 2 namizəd var.
- Antalya toplanışı zamanı verdiyiniz açıqlamalar böyük əks-səda doğurdu. "Rəvan" isə AFFA tərəfindən təyin olunmuş idman direktoru ilə vidalaşdı. Belə reaksiyaları gözləyirdiniz?
- Artıq sözümü demişəm. Bu, onların qərarıdır. Biz klublara futbol akademiyaları layihəsinə görə pul köçürürük. Bəzilərinin xərclərini ödəyirik və rüblük olaraq hər bir klub bizə maliyyə hesabatı verir. Bu işlər qaydasında aparılır. AFFA-nın verdiyi vəsaitə uyğun hesabat tələb etmək katibliyin borcudur. Bu, ictimai birlikdir. Sonra biz katiblik olaraq AFFA üzvlərinə hesabat veririk ki, pullar hara xərclənir. Bütün gəlirlər, xərclər haqda şəffaf hesabat olur. Biz xərcləri yazmaq üçün bilməliyik ki, klub verilən pulları hara xərcləyir. Bu, normal qaydadır. "Rəvan" klubunun idman direktorunu işdən çıxarması ilə əlaqədar qərarına hörmətlə yanaşırıq. Onsuz da həmin idman direktorunun xərcləri AFFA
tərəfindən ödənilirdi. Bu, "Rəvan"ın qərarıdır.
- Martın 24-də UEFA-da, mayın 29-da isə FİFA-da prezident seçkisi keçiriləcək. UEFA prezidenti seçkisində Mişel Platini alternativsiz olduğu üçün yenidən qalib olacağı şübhə doğurmur. Amma FİFA prezidenti seçkisinin gərgin keçəcəyi gözlənilir. Çoxları düşünür ki, ali futbol qurumunda dəyişiklik etmək lazımdır. Siz necə düşünürsünüz?
- FİFA prezidenti vəzifəsinə bir neçə namizəd var. Yozef Blatterdən əlavə, Hollandiya Futbol Federasiyasının prezidenti Mixael van Praq, tanınmış futbolçu Luiş Fiqu və FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn də namizədliyini verib. Bilmək istəyirik ki, kim hansı islahatları aparmaq, yeniliklər etmək istəyir. Ən önəmlisi odur ki, biz UEFA-nın üzvüyük və FİFA-da Avropa tərəfindən təmsil olunuruq. Bu səbəbdən ilk növbədə UEFA-nın, yəni Avropa futbol ailəsinin fikrini öyrənməliyik. Ondan sonra mayda keçiriləcək seçkilərdə bir fikirlə səs verəcəyik. Əvvəlki illərdə biz Blatteri dəstəkləyirdik. Bu il də ola bilər ki, belə olsun. Ancaq ilk növbədə Avropa futbol ailəsi ilə məsləhətləşməliyik.
- Hətta Blatterin UEFA prezidenti Mişel Platini ilə münasibətləri yaxşı deyil. Son vaxtlar Platini FİFA prezidentini dəfələrlə tənqid edib...
- Bu, normal məsələdir və böyük qurumların arasında eyni fikrin olması da düzgün deyil. Hansısa qurum düşünür ki, digərinin qərarını fərqli qəbul etsin. Qurumlar yaxından əməkdaşlıq etsə də, fikirləri ayrı ola bilər. Bu da normaldır. Burada mənfi heç nə görmürəm. FİFA bu gün bütün dünya, UEFA isə yalnız Avropa futbolunu idarə edən qurumdur. Buna görə də hər hansı qərarı qəbul etmək FİFA üçün daha çətindir. Dünyada mədəniyyət, futbol səviyyəsi müxtəlifdir. Ancaq Avropada ölkələr aşağı-yuxarı bir-birinə yaxınlaşırlar. Bu gün "zəif rəqib" deyə bir şey yoxdur. FİFA bu baxımdan çətinlik çəkir. Bir ölkə müharibədədir və futbolu düşünmür. Digərində isə futbol yüksək səviyyədədir. FİFA-da üzvlərin sayı 209, UEFA-da isə 54-dür. Bunları da nəzərə almaq lazımdır.
- Azərbaycan Premyer Liqasının təqvimində I Avropa Oyunları ilə əlaqədar dəyişiklik gözlənilir?
- Bu, daxili çempionatdır, beynəlxalq oyunlar deyil. Avropadan gələn bəzi idmançılar çempionat vaxtı Bakıda olacaqlar. Onlar da bəlkə çempionat və kubok oyunlarına baxmağa gəldilər. Əksinə, yaxşı olardı ki, onları həmin matçlarda görək və qonaqlar ölkəmizdə futbol hərəkatını müşahidə etsinlər. Avropa Oyunları AFFA üçün də məsuliyyətlidir. Oyunlarda Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası təmsil olunacaq. Komandamız bir ildir Oyunlara hazırlaşır və ümid edirəm ki, onlar azarkeşləri sevindirəcək. Çimərlik futbolu üzrə yarışlar Bayılda tikilən xüsusi idman qurğusunda keçiriləcək. Əvvəllər bu qurğunun müvəqqəti olması nəzərdə tutulmuşdu. Sonradan qapalı meydan kimi tikintisinə qərar verildi.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer