Ruslan Qurbanov debüt etdi, "Hayduk" yarımfinala yüksəldi

Ruslan Qurbanov debüt etdi, "Hayduk" yarımfinala yüksəldi
GÜNDƏM 5 Mart 2015 / 00:20 5823
-  A +

Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, müqavilə ilə “Neftçi”yə məxsus olan  Ruslan Qurbanovun icarə əsasında çıxış etdiyi "Hayduk" da növbəti matçına çıxıb.

Gənc hücumçunun komandası öz meydanında "Vinoqradar"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Oyunda debüt edən Qurbanov 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə Xorvatiya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər