“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündür, belə hallar olur. Amma necə məğlub olmaq da əhəmiyyətlidir. Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim".
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam İrlandiyaya 0:6 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, futbolçularının demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzduğunu söyləyib:
"Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempionatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm".
N.Adamın sözlərinə görə, bu cür oyunla heç bir futbolçunun millinin formasını geyinməyə haqqı çatmır:
"Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir. İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil".
N.Adam bildirib ki, 0:6 hesablı məğlubiyyətin qeydə alınmasının əsas səbəbi futbolçuların xarakter göstərməməsidir:
"Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib