Simeone ilə "Bayer"in baş məşqçisi arasında qalmaqal (VİDEO)

Simeone ilə "Bayer"in baş məşqçisi arasında qalmaqal (VİDEO)
GÜNDƏM 26 Fevral 2015 / 00:45 4947
-  A +

Çempionlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində hazırda davam edən "Bayer" - "Atletiko" matçında qalmaqal yaşanıb.
 
Qol.Az-ın məlumatına görə, görüşün 31-ci dəqiqəsində Madrid təmsilçisinin müdafiəçisi Qabinin zədələndiyi epizodda iki komandanın məşqçiləri arasında mübahisə düşüb.

Əvvəlcə "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi "Bayer"in çalışdırıcısı Rocer Şmitlə mübahisə edib. Daha sonra Simeone də köməkçisinə dəstək verərək mübahisəyə qoşulub və Almaniya klubunun baş məşqçisinə etirazını bildirib. Bu zaman dördüncü hakim tərəfləri sakitləşdirib.

Qeyd edək ki, ilk hissədən sonra oyunda hesab açılmayıb - 0:0.

Daha çox


Son xəbərlər