"İkinci hissə çətin oldu" – Arif Əsədov

"İkinci hissə çətin oldu" – Arif Əsədov
GÜNDƏM 24 Fevral 2015 / 17:26 2669
-  A +

"Qarabağ"la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etdik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın III turundan təxirə salınmış AZAL-la keçirilən oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.  

Təcrübəli mütəxəssis bu görüşdə çox vacib qələbə qazandıqlarını bildirib: "Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdir. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq".

Daha çox


Son xəbərlər