"Futbolçularımın psixoloji problemi var" – Sxadadze

"Futbolçularımın psixoloji problemi var" – Sxadadze
GÜNDƏM 19 Fevral 2015 / 17:55 3010
-  A +

“Emosiyalar yüksək idi. Biz matça bərbad şəkildə başladıq və 1-ci dəqiqədə qol buraxdıq. Hesabda geri düşdükdən sonra oyunda dəyişiklik edib, bərabərlik qolunu vurduq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 23-cü turunda bərabərə qaldıqları AZAL-la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis oyunun çətin keçdiyini və futbolçularının psixoloji problemləri olduğunu bildirib: "Üstün tərəf biz idik. İlk hissədə Nildo zədə aldı. Onun əvəzlənməsindən sonra hücumda pressinq edə bilmirdik. Çox sayda oyunçunun psixoloji problemi var. Bilirsiniz ki, millinin toplanışı gəlir. Amma milliyə getmək üçün ilk növbədə klubda yaxşı futbol sərgiləmək lazımdır. Çox çətin bir oyun alındı".

Oyundan sonra baş verən qalmaqala da toxunan Sxadadze deyib: "Xoşagəlməz hadisələr oldu. Oyunda, eləcə də ondan sonra baş verən hadisələr mənim üçün xoş deyil. Mən çalışırdım ki, sülh yaradım. Amma bir-birmizə hörmətlə yanaşırıq”.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq