“Qəbələ” bu gün yoxlama oyunu keçirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun komandası klubun U-19 komandasını sınağa çəkib.
Matç əsas komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan Fominin het-trik etdiyi oyunda digər hücumçu – baxışda olan Sebai də fərqlənib.
“Qəbələ"nin əsas komandası bu qarşılaşmaya aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Rikardinyo, Sadiq Quliyev, Pavol Farkaş, Ürfan Abbasov, Tellur Mütəllimov, Aleksandru Benqa, Qismət Alıyev, Ruslan Tağızadə, Ruslan Fomin, Sebai Senin.
Qeyd edək ki, "Qəbələ” Premyer Liqanın növbəti oyununu fevralın 19-da öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirəcək.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq