“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay Futbolxeber.az saytına müsahibə verib.
Azərbaycan Premyer Liqasının 21-ci turunda “Simurq”dan aldığınız 0:2 hesablı məğlubiyyətin səbəbini nədə görürsən?
- “Simurq”a uduzacağımızı gözləmirdim. 2 fərqli hissə izlədik. Oyuna çox pis başladıq, ardıcıl 2 qol buraxdıq. Fasilədən sonra daha yaxşı oynadıq. Üstünlüyə yiyələndik. Amma rəqib qapısına yol tapa bilmədik. İrəli baxmaq lazımdır. Futbol kollektiv oyundur. Hamı uğur üçün bütün gücünü meydanda qoymalıdır.
- “Simurq”dan öncə AZAL-a da uduzmuşdunuz...
- Əsas odur ki, məğlubiyyətlərdən nəticə çıxaraq. Yeni kollektiv qurulur. Daha çox anlaşma, özünəinam lazımdır. Ürəkdən çalışmaqla uğursuzluğa son qoya bilərik.
- Hakimin penalti və qırmızı vərəqə qərarını haqlı sayırsan?
- Hakimlərin işini qiymətləndirmək istəmirəm. Heç bir komanda penalti və qırmızı vərəqədən razı qala bilməz. Amma bunu hakimin vicdanına buraxıram.
- Zaqatala stadionunun ot örtüyü sünidir. Bu məqam çıxışınıza təsir etdi?
- Ciddi təsir göstərdiyini düşünmürəm. Şərait hamı üçün eyni idi. Əsas odur ki, meydança düz idi, kələ-kötür yox.
- Oyunun gedişində komanda yoldaşların - Cavid Hüseynovla Mixail Sivakovun mübahisə etməsinə münasibətin necədir?
- Bu, yaxşı hal deyil. Lakin komanda yoldaşlarım arasında olan belə hadisə kollektivdə qalmalıdır. Məsələni öz aramızda aydınlaşdırdıq. Belə hadisə bir daha təkrarlanmayacaq.
- Qarşıdakı turda “Neftçi” ilə qarşılaşacaqsınız. Ardıcıl xal itkilərini nəzərə alsaq, bu oyunu müəyyən mənada “Qəbələ” üçün həlledici hesab etmək olar?
- Bu oyuna həlledici deməzdim. Əsas odur ki, oyunumuzun keyfiyyətini artıraq. Bu halda nəticə özü gələcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib