"Nəhayət, "qara zolaq"dan çıxdıq" - Arif Əsədov

"Nəhayət, "qara zolaq"dan çıxdıq" - Arif Əsədov
GÜNDƏM 11 Fevral 2015 / 18:38 3978
-  A +

"Üçüncü dövrəyə pis başlamışdıq. Bu oyunda bizə mütləq qələbə lazım idi".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 21-ci turunda qalib gəldikləri "Xəzər Lənkəran"la oyundan sonra (2:0) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının bu gün vacib qələbə qazanaraq "qara zolaq"dan çıxdığını bildirib: "Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, "qara zolaq"dan çıxdıq”.

Daha çox


Son xəbərlər