Afrika kubokunun ən yaxşı futbolçusu müəyyənləşdi

Afrika kubokunun ən yaxşı futbolçusu müəyyənləşdi
GÜNDƏM 9 Fevral 2015 / 12:32 4396
-  A +

Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Qana yığmasının yarımmüdafiəçisi Kristian Atsu turnirin ən yaxşısı seçilib.

Turnirin 6 görüşündə də iştirak edən 23 yaşlı futbolçu iki qol vurub və komandası ilə Afrika kubokunun gümüş medallarına yiyələnib. Atsu eyni zamanda turnirdə vurulan ən yaxşı qolun müəllifi olub.

Qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məxsus olan Atsu cari mövsüm icarə əsasında "Everton"da çıxış edir.

Daha çox


Son xəbərlər