"Heç-heçə ədalətli nəticə oldu" - Çixradze

"Heç-heçə ədalətli nəticə oldu" - Çixradze
GÜNDƏM 6 Fevral 2015 / 18:25 2458
-  A +

"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə hesab etmək olar".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 20-ci turunda səfərdə bərabərə qaldıqları (0:0) "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İlk hissədə komandasının oyununda problemlər olduğunu bildirən gürcüstanlı mütəxəssis fasilədən sonra müəyyən dəyişiliklərə əl atdığını vurğulayıb: 

"Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq". 

Daha çox


Son xəbərlər