Tərlan Əhmədovdan iddialı açıqlama

Tərlan Əhmədovdan iddialı açıqlama
GÜNDƏM 6 Fevral 2015 / 16:22 5816
-  A +

"AZAL bu gün göstərdi ki, yüksək yerlər uğrunda mübarizəyə tam hazırdır"
 


"Vacib 3 xal qazandıq. Çox maraqlı oyun alındı. “Neftçi” ilə oyundan sonra bu görüşdə də qələbə qazanmaq yaxşı oldu".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 20-ci turunda qalib gəldikləri "Qəbələ" ilə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının yüksək yerlər uğrunda mübarizəyə tam hazır olduğunu bildirib: "Biz “Neftçi” ilə oyundan sonra "Qəbələ"yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidir. AZAL bu gün göstərdi ki, yüksək yerlər uğrunda mübarizəyə tam hazırdır. Futbolda qələbə də var, məğlubiyyət də. Biz qələbə qazandıq və futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və qarşıdan gələn “Qarabağ”la oyuna hazırlaşmalıyıq. Futbolda istək vacibdir. Biz hər oyuna istəklə çıxırıq. Sindiroma inanmıram. Sadəcə, oyunçularım matça yaxşı köklənir".

Daha çox


Son xəbərlər