"Üç ölkə ilə danışıqlar aparırıq" - Elxan Məmmədov

"Üç ölkə ilə danışıqlar aparırıq" - Elxan Məmmədov
GÜNDƏM 3 Fevral 2015 / 16:53 4661
-  A +

Milli komandamızın bu ay Antalyada keçirəcəyi yoxlama oyunu üçün hazırda 3 ölkə ilə danışıqlar gedir. 

Qol.Az-ın "Futbolxeber.az"a istinadən verdiyi xəbərə görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib:

"Hazırda 3 ölkə ilə danışıqlar gedir. Bunlar Yəmən, İordaniya və Moldovadır. Belarusun da adı siyahıda var idi. Sadəcə, Belarusla qarşılaşmaq vaxt məsələsinə görə alınmayacaq.

Bir çox klublardan da təklif almışıq. Amma həmin klubların sırasında "Krasnodar" yoxdur. Tezliklə seçim edəcəyik. Millinin ümumiyyətlə, yoxlama oyunu keçirməməsi də mümkündür".

Daha çox


Son xəbərlər