Azərbaycan Premyer Liqasının XIX turu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 50 yaşlı mütəxəssisin ilk oyununda onun futbolçuları səfərdə “Bakı”ya 2:0 hesabı ilə qalib gəlib. Bununla da Qriqorçuk Premyer Liqa tarixinə 8-ci ukraynalı kimi düşüb.
Onadək ölkəmizdə çalışan 7 mütəxəssisdən 3-ü “İnter”in baş məşqçisi olub. Valentin Xodukin 80, Anatoli Konkov 50, Oleq Smolyaninov 6 qarşılaşmada paytaxt təmsilçisinə rəhbərlik edib. Ukraynalılar arasında oyun sayında rekordçu isə “Simurq”u 108 matça çıxaran Roman Pokoradır. Adıçəkilən mütəxəssislərdən başqa İqor Nakoneçnı “MKT-Araz”da 50, Anatoli Demyanenko “Neftçi”də 16, Viktor Pasulko “Xəzər Lənkəran”da 13 çempionat matçında iş başında olub.
Ümumiyyətlə isə türkiyəli Naci Şensoyun ilk legioner baş məşqçi kimi futbol tariximizə düşdüyü 2001/02 mövsümündən Qriqorçukun debütünədək 50 əcnəbi Premyer Liqada çalışıb. Ukraynalı baş məşqçilərlə yanaşı, bu vəzifəni müvəqqəti icra edənlərin də yer aldığı bu siyahıya 51-ci kimi düşüb.
Bu çalışdırıcılar 19 ölkəni təmsil edir: Türkiyə -14, Ukraynanı - 8, Gürcüstan, Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya – 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə, Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya – 1.
5 legionerin 2 komandada işlədiyini nəzərə alsaq, indiyədək 17 klub gəlmə baş məşqçiyə güvənib: “Xəzər Lənkəran” – 10, “Bakı” - 8, “Qəbələ” – 6, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”, “Olimpik” – 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1.
Qeyd edək ki, Qriqorçuka qədər “Qəbələ”də ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak, rusiyalı Yuri Syomin, rumıniyalı Dorinel Muntyanu, həmçinin bu vəzifəni icra edən ispaniyalı Luis Araqon da komandaya rəhbərlik edib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib