"Etiraza gərək yoxdur" - Ruslan Abışov

"Etiraza gərək yoxdur" - Ruslan Abışov
GÜNDƏM 2 Fevral 2015 / 11:03 3144
-  A +

"Qış fasiləsindən sonra ilk oyunumuza çıxdıq. Komandada fasilədə çox dəyişikliklər oldu. Yeni baş məşqçi, yeni futbolçuların olması komandanın öz oyununu tapmasında bir qədər çətinlik yaratdı".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Ruslan Abışov "Bakı" ilə Premyer Liqa oyunundan danışarkən deyib. 

R.Abışov komandasının istədiyi oyunu göstərə bilmədiyini vurğulayıb: "Bakı" da bizə qarşı çox yaxşı mübarizə apardı. İlk hissədə qol vurub, rəqibin oyun sistemini pozmaq istəyirdik. Amma fikirləşdiyimiz kimi alınmadı. Bu görüşdə istədiyimiz oyunu göstərə bilmədik.

Qarşılaşmada yaxşı təsir bağışlamasaq da, qalib gələrək vacib olan 3 xalı qazandıq. Bu turda əsas rəqiblərimiz də xal itirmişdi. Bu, bizə əlavə motivasiya verdi. 11 metrlik cərimə zərbəsinə gəldikdə isə burada heç bir etiraza gərək yoxdur. Oyunçu açıq şəkildə əli ilə topa toxundu və düşünürəm ki, hakim doğru qərar verdi".

Qeyd edək ki, Premyer Liqanın 19-cu turunda səfərdə "Bakı"nın qonağı olan "Qəbələ" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
30.06.24  14:50

"Turan Tovuz" onu