"Qələbə istəyimiz çox idi" - Tərlan Əhmədov

"Qələbə istəyimiz çox idi" - Tərlan Əhmədov
GÜNDƏM 31 Yanvar 2015 / 17:38 3477
-  A +

"Gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edirəm. Xüsusən də, sonluq dramatik alındı. Düzdür, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Premyer Liqa matçından (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının qələbə istəyinin çox olduğunu bildirib: "Bu gün qələbə istəyimiz çox idi. Qarşıda vacib oyunlarımız var. “Neftçi” ilə oyunda məcburiyyətdən bəzi addımlar atmışdım. Viktor tam hazır olmasa da, oynadı. Edu və Oskarsın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam - əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var.

Mənim üçün rəqiblərin fərqi yoxdur. Bütün komandalara eyni gözlə baxıram. Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü rəqib, zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır". 

Daha çox


Son xəbərlər